Kateqoriyalar
Sırala
ID 0088886

XIII əsrə aid Kiçik Mərdəkan qəsri

Dairəvi Mərdəkan qalası və ya Kiçik Mərdəkan qəsri Bakının Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsidir. Kiçik Dairəvi qala XIII əsrdə qumsal ərazidə tikilib. Lakin qalanın niyə məhz strateji cəhətdən daha əlverişli olan, yaxınlıqdakı qayalıq üzərində inşa olunmaması hələ də sual doğurur. Qala qapısının üst hissəsində dördbucaqlı böyük bir daş layın üzərində ərəb dilində yazılmış kitabə mövcuddur. Daş kitabədəki yazının məzmunundan aydın olur ki, qala 1203-1204-cü illərdə, Şirvanşahlar dövründə tikilib. Bu əzəmətli tikili  Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Digər fotolar
arrow-up