Kateqoriyalar
Sırala
ID 0089202

Qobustanın palçıq vulkanları

Azərbaycan ərazisi planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik ərazidir. 350-dən artıq palçıq vulkanının bütün növləri (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada vulkanları) şərqi Azərbaycanın quru hissəsində və ona bitişən Xəzərin akvatoriyasında intişar tapmışdır. Bu təbiət abidələrinin sayına, çoxçeşidliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmiz palçıq vulkanları vətəni sayılır. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelağında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur.

Digər fotolar
arrow-up