Kateqoriyalar
Sırala
ID 0091430

Corat qəsəbəsində yerləşən XVII əsrə aid Hacı Əmrulla hamamı

Hamam XVII əsrdə Hacı Əmrulla adlı şəxsin sifarişi ilə Corat qəsəbəsində, Sülh küçəsində inşa edilib. Tikili qəsəbənin içində, Cümə məscidinin yaxınlığında yerləşir. Corat qəsəbəsində mövcud olan 2 qədim hamamdan biri də məhz bu hamamdır. Qədimliyinə görə bu hamam onun yaxınlığında yerləşən digər hamamdan daha yenidir. Buna görə də yerli əhali arasında Hacı Əmrulla hamamına “təzə hamam” da deyilir. Hamam günbəzşəkilli formaya malikdir. “Köhnə hamam”dan fərqli olaraq “təzə hamam” şam işığı ilə deyil, mazutla qızdırılıb. Əvvəllər Hacı Əmrulla hamamından istifadə etmək üçün sakinlər 1 kilo buğda və yaxud 2 çörək, 2 yumurta ödəyiblər. Hamam hazırda dövlət tərəfindən mühafizə edilsə də fəaliyyət göstərmir.

Digər fotolar
arrow-up