Suraxanıda yerləşən XVII-XVIII əsrlərə aid Atəşgah məbədi
Məbəd Bakı şəhərindən 30 km aralıda, Suraxanı kəndi yaxınlığında yerləşir. Bura müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamını verir. Tarixi mənbələrə görə məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınıb.
Digər fotolar