Kateqoriyalar
Sırala
ID 0094544

COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinq

Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, tabeli tibb müəssisələrinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirləri və struktur bölmə rəhbərləri, eləcə də media nümayəndələrinin və ictimai xadimlərin iştirakı ilə keçirilən brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Brifinqdə media nümayəndələrinin aidiyyəti üzrə sualları cavablandırılıb. Daha sonra Yeni Klinikada yaradılan şəraitlə əyani tanışlıq baş tutub, eləcə də tədbir üçün ayrılan ambulanslara baxış keçirilib.

Digər fotolar
arrow-up