Kateqoriyalar
Sırala
ID 0094693

1846-cı ildə sənaye üsulu ilə çıxarılan ilk neft quyusu

1846-cı ildə Bibiheybətdə, dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft quyusu qazılıb. Quyu 21 metr dərinlikdə olub. 1848-ci ildə Bakıda Bibiheybət yatağında qazılan quyudan vuran neft fontanı Azərbaycanda "qara qızıl"ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. Bu hadisə neft sənayesində bir çox ilklərin başlanğıc nöqtəsinə çevrilib. Beləliklə, XX əsrin əvvəlində artıq dünyanın neft tələbatının yarıdan çoxunu qarşılayan Azərbaycan müasir neft sənayesinin inkişafında iştirak edərək bu prosesdə təkanverici rol oynayıb.

Digər fotolar
arrow-up