Kateqoriyalar
Sırala
ID 0094696

1846-cı ildə sənaye üsulu ilə çıxarılan ilk neft quyusu

Şan-şöhrəti dünyanı dolaşan Bakı neftinin tarixi həmişə maraqlı və diqqətçəkən olub. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırmış. Balaxanıdakı neft quyularından birində aşkar edilən daş üzərindəki yazıda quyunun hələ 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilib. 1846-cı ildə isə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılıb. Quyulardan biri 21 metr dərinlikdən neft verib və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulub. Bu, dünyada ilk neft quyusu hesab olunur, çünki Amerika Birləşmiş Ştatlarında ticari neft hasilatı başlamazdan 13 il əvvəl qazılıb. XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən isə Bakı öz nefti ilə xarici şirkətləri, iş adamlarını cəlb edib. Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində daha da zənginləşiblər. Beləcə səs-sorağı dünyaya yayılan Bakı nefti o dövrdən günümüzədək öz populyarlığını qoruyub saxlayır.

Digər fotolar
arrow-up