Kateqoriyalar
Sırala
ID 0095319

Səkkizguşəli ulduz formasında yaradılmış Bayraq Muzeyi

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanmışdı. Noyabrın 8-də burada yenilənmiş Bayraq Muzeyinin açılışı olub. Meydanda fəaliyyət göstərən Bayraq Muzeyi yenilənmiş formada təqdim olunub. Muzey 6 Sərgi salonundan ibarətdir. Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya, həmçinin qalereyada Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.

Teqlər
Digər fotolar
arrow-up