Kateqoriyalar
Sırala
ID 0095918

“Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi” mövzusunda tədbir

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi" adlı tədbir keçirilib. Dəyirmi masa arxasında Britaniyanın aparıcı materialşünaslıq şirkəti "KluraLabs"ın nümayəndələri okeandakı plastiklərin, innovativ istifadəsi, dövri həllər, təmiz və funksional dizayn mövzularında müzakirə aparıblar. İştirakçılar əsasən yerli sahil icmalarını dəstəkləyəcək və qlobal miqyasda diqqət və müsbət təsir yaradacaq iqtisadi və sosial təşəbbüslərdən danışıb, eyni zamanda özəl sektor, QHT-lər və təsir yönümlü təşəbbüslər arasında əməkdaşlığı gücləndirmə ehtiyacını araşdırıblar.

Teqlər
Digər fotolar
arrow-up