"Yenilənəbilən enerji investisiyaları: Davamlı gələcəyə aparan Yollar" mövzusunda tədbir
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada "Yenilənəbilən Enerji İnvestisiyaları: Davamlı Gələcəyə Aparan Yollar" adlı tədbir keçirilib. Müzakirə sessiyasında bərpaolunan enerji infrastrukturuna investisiyaların cəlb edilməsinin vacibliyindən danışılıb. Çıxışçılar Xəyalə Nağıyeva, Rəna Hümbətova, Murad Sadıxov, Volkan Gerdan investisiyaları dəstəkləmək üçün lazım olan tənzimləyici və maliyyə çərçivələrini müzakirə edib, bunların regionun enerji təhlükəsizliyinə və iqtisadi artıma potensial təsirlərini araşdırıblar.
Digər fotolar