Kateqoriyalar
Sırala
ID 0096347

"Xalis sıfır xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda tədbir

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" adlı tədbir keçirilib. ADA Universitetinin professoru Damcan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən bu tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirərək, xalis sıfır emissiyalarına doğru qlobal keçidi araşdırılıb. Panel sessiyasında COP29-un baş icraçı direktoru Elnur Soltanov, "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və İqlim üzrə Böyük Səfir, Energetika Nazirliyi, Macarıstanın xüsusi tapşırıqlar üzrə səfiri Barbara Botos mövzu ətrafında müzakirələr aparıblar.

Digər fotolar
arrow-up