“İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya
Bakıda keçirilən COP29 çərçivəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya keçirilib. Tədbirdə Baş prokuror Kamran Əliyev, COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirak ediblər. Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkil etdiyi, həmçinin BƏƏ Daxili İşlər Nazirliyinin həmsədri olduğu sessiyada ölkə rəsmiləri ekoloji cinayətlər üzrə aparılan tədbirlər barədə məlumat veriblər.
Digər fotolar