"Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi" mövzusunda tədbir
Noyabrın 16-da COP29 iqlim sammiti çərçivəsində “Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” mövzusunda tədbir keçirilib. Tədbir COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub və iqlim böhranına cavab olaraq gənclərin innovasiya və dəyişikliyin əsas hərəkətverici qüvvəsi kimi roluna diqqət yönəldilib. Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Kestutis Kupsysin moderatorluğu ilə başlayan tədbirdə rəqəmsal həllərin iqlim fəaliyyəti ilə inteqrasiyası və bu texnologiyaların davamlılıq prinsiplərinin təşviqindəki rolu müzakirə olunub.
Digər fotolar