"Enerji keçidi üçün süni intellektin tətbiqi" mövzusunda tədbir
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin iştirakı ilə baş tutan tədbirdə enerji keçidi üçün süni intellektin tədbirinin önəmindən və bu istiqamətdə görülən işlərdən danışılıb. Tədbirdə həmçinin SOCAR-ın 2050-ci il üçün "Xalis sıfır" hədəfinin əsas komponenti olan metan emissiyalarının izlənməsi və azaldılması üzrə qabaqcıl həlləri nümayiş etdirilib.
Digər fotolar