Kateqoriyalar
Sırala
ID 0096601

Futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı

"Qarabağ" futbol klubunun təşəbbüsü ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılan Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında 11 komanda yer alıb. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, "Qarabağ" klubunun prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov və "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbağça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya), "Malmö" (İsveç) klublarının rəsmiləri iştirak ediblər.

Teqlər
Digər fotolar
arrow-up