COP29 çərçivəsində İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə tədbir
Bu gün Bakıda İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 yüksəksəviyyəli görüş keçirilib. Görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, UNICEF-in Tərəfdaşlıqlar üzrə icraçı direktorunun müavini Kitti Van der Heyden və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə gündəliyin irəlilədilməsi üzrə ortaq öhdəlik bir daha xatırladılıb.
Digər fotolar