Kateqoriyalar
Sırala
ID 0096795

"Meydandan kənar: "Liverpul" Futbol Klubundan 5 Strateji Dayanıqlılıq Dərsi" mövzusunda seminar

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Meydandan kənar: "Liverpul" Futbol Klubundan 5 Strateji Dayanıqlılıq Dərsi" mövzusunda seminar keçirilib. Tədbirdə "Liverpul"un İctimai təsir üzrə direktoru Rişi Jain iştirakçılara inqilabi "The Red Way" strategiyası vasitəsilə idman və dayanıqlılıq sahəsində lider olmağın yollarını izah edib. O, klubun dayanıqlılıq yolundakı beş əsas dərsini iştirakçılarla bölüşüb. Nəticədə iştirakçılar interaktiv seminarda praktik məlumatlara yiyələnib, öz təşkilatlarında tətbiq edə biləcəkləri konkret addımlar barədə informasiya əldə ediblər.

Teqlər
Digər fotolar
arrow-up