Kateqoriyalar
Sırala
ID 0096938

“Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi" mövzusunda tədbir

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günündə Yaşıl Zonada "Slou Fud" (Slow Food), zəif effekt: Yerli aqroməhsullarla dayanıqlı turizmin gücləndirilməsi" adlı tədbir keçirilib. Florian Zenqstşmidin moderatorluğu ilə keçən tədbirdə "Slow Food" hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağı təsirli turizmi inkişaf etdirməkdə necə güclü rol oynaya biləcəyi müzakirə edilib. Çıxışçılar Mehmet Savaş Uzun, Marina Olşanskaya, Nazia Həbib, Edvard Mukiibi, Fərid Axundov yerli kənd təsərrüfatı məhsullarının və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin qida sənayesinin karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən uyğun turizm təcrübələrini təşviq etməkdə hansı rolu oynaya biləcəyini araşdırıb, mövzu ətrafında müzakirələr aparıblar.

Teqlər
Digər fotolar
arrow-up