Aktauda qəzaya düşən təyyarənin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur
AZAL-ın dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsi Bakıda ehtiramla yad olunur. Böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar. Onlar İqor Kşnyakinin fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.
Digər fotolar