Kateqoriyalar
Sırala
ID 0099939

Qarabağ xanlığının şərq qapısı hesab edilən XVIII əsrə aid Əsgəran qalası

Şuşa şəhərindən 25 km aralıda, Qarqarçayın hər iki sahilində tikilən Əsgəran qalaları düşmənin Şuşaya düzənlikdən baş verə biləcək hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. XVIII əsrdə tikilən bu sədd Qarabağ xanlığının şərq qapısı hesab edilib. Qalanın sağ sahil istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub bir-biri ilə ikimərtəbəli qala dəhlizlər vasitəsilə birləşdirilib. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Qalanın sol sahil hissəsi isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiyaşəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. 

Digər fotolar
arrow-up