Zaqatalada yerləşən XIX əsrə aid kilsə
Zaqatala şəhərinin mərkəzində yerləşən bu məbəd 1830-ci ildə inşa edilib. Bəzi mənbələrə görə, kilsənin yerində IV–V əsrlərə aid Alban məbədi mövcud olub. Qırmızı kərpicdən inşa olunmuş kilsənin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Tikilinin inşasında Şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə məbədin divarlarının boyandığı, sonradan isə yanğın baş verdiyi bildirilir. Hazırda məbəd baxımsız vəziyyətdədir.
Digər fotolar
