Kateqoriyalar
Sırala
ID 0106513

Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu

Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 20 hektar ərazidə inşa olunub və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edir. Zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir və il ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma prosesindən sonra daha ağır və zərərsiz olan dib külü yol inşaatında tikinti materialı kimi istifadə oluna bilər. Yanma məhsulu olan tüstü külü isə xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.

Digər fotolar
arrow-up