Paytaxt Bakıda qeyd olunan Novruz bayramı
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlanğıcını, yəni gecə-gündüzün bərabərliyi gününü (martın 20-si və ya 21-dən başlayaraq 25-nə qədər) qeyd etməklə, baharın gəlişini simvolizə edir. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunur. Şəhər Novruz atributları ilə bəzədilir, bayram tonqalı yandırılır. Novruzun maraqlı personajlarından olan Kosa və Keçəl isə bayram şənliklərinə xüsusi yaraşıq verir.
Digər fotolar
