Kateqoriyalar
Sırala
ID 0108447

Azyaşlı qızları ilə məişət tullantıları toplayaraq dolanan İlqar Rassoxa

İki azyaşlı qızı ilə məişət tullantıları toplayaraq dolanan İlqar Rassoxanın 38 yaşı var. Dörd nəfərlik ailəsini təkbaşına dolandıran İlqar Rassoxa epilepsiya xəstəsidir. Şəhid övladı olan İlqar Rassoxanın atası Valeri Rassoxa 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdərədə şəhid olub. Onun sözlərinə görə, əvvəllər süpürgəçi işləyib, hazırda o, zibil qutularından plastik tullantıları toplayaraq aidiyyəti üzrə təhvil verir. Ətrafındakı xeyirxah insanların köməyi ilə alınan mopedi ilə yola çıxan İlqar Rassoxa əvvəl 15 yaşlı qızı Angilina Rassoxanı məktəbdən götürür, sonra birlikdə işə başlayırlar. Bu işdə ona böyük qızı Angilina ilə yanaşı, 8 yaşlı qızı Safiya Rassoxa da kömək edir. Səhər saat 12-dən başlayaraq gecə 11-12-yədək davam edən ağır iş gününün sonunda onun 15-20 manat qazancı olur. İlqar Rassoxa deyir ki, epilepsiya xəstəliyi səbəbindən başqa bir işdə işləmək onu qorxudur. Xəstəliyi bu işində də ona bir çox çətinliklər yaradır, buna baxmayaraq o ailəsi üçün işləməyə davam edir. Xəstəliyi səbəbindən həkimə müraciət etsə də, həkimin məsləhətinə əsasən 3 ay xəstəxanada qalmalıdır, İlqar Rassoxa isə deyir ki, xəstəxanada qalsa ailəsinə baxacaq kimsənin olmamasından nigarandır. O, ünvanlı dövlət sosial yardım üçün lazımi sənədləri düzəltmədiyindən dövlət tərəfindən yardım da ala bilmir. Hazırda onlar Zabrat qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən onlara verilən evdə yaşayırlar.

Digər fotolar
arrow-up