Kateqoriyalar
Sırala
ID 0109414

1986-cı ildə baş vermiş Çernobıl faciəsinin şahidləri

26 aprel 1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında tarixdə ən ağır nüvə qəzası baş verdi. Stansiyanın 4-cü reaktorunda sınaq zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi və texniki nasazlıqlar səbəbindən partlayış oldu. Bu partlayış nəticəsində havaya çox miqdarda radioaktiv maddə yayıldı. Qəza bölgəyə və Avropanın böyük hissəsinə radioaktiv buludların yayılmasına səbəb oldu. Dəhşətli radiasiya səbəbindən bir çox insan həyatını itirdi, on minlərlə insan evlərini tərk etməyə məcbur qaldı. Qəzadan sonra xərçəng xəstəlikləri, doğuş qüsurları və digər sağlamlıq problemləri illərlə davam etdi. Çingiz Teymurov, Zülfü Əbilov, Səhlədar Məmmədov da həmin dəhşətli faciənin şahidlərindəndir. Çernobıl faciəsi onların həyatından da yan keçmədi, hadisədən sonra bir çox sağlamlıq problemləri, çətin günlər yaşayan Çernobıl şahidləri həmin hadisənin yaddaşlarından heç vaxt silinməyəcəyini bildiriblər.

Müsahibə: YouTube

Digər fotolar
arrow-up