Bakı-Qazax magistral yolunda qrunt suları basmış yeraltı keçid
Qaradağ rayonu Sahil qəsəbəsindəki magistral yolda yeraltı piyada keçidi olsa da, sakinlər istifadə edə bilmirlər. İlk baxışdan hansısa döyüş meydanındakı bunkeri xatırladan bu keçid Qaradağ rayonu, Sahil qəsəbəsində Bakı-Qazax magistralının altında yerləşən piyada keçididir. Sürətli avtomagistralın altında sakinlər üçün sadəcə iki keçid var, bu keçidlərin isə işıqlandırma sisteminin olmaması ilə yanaşı, içərisi su ilə dolu, baxımsız, antisanitar bir mənzərəsi var. Yağış və qrunt sularının keçidi basması səbəbindən buradan istifadə etmək qeyri-mümkündür. Nəticədə piyadalar avtomagistraldan keçməli olurlar, buna görə də yolun hərəkət hissəsində tez-tez avtoqəzalar baş verir və ağır sonluqla nəticələnir.
Digər fotolar
