Kateqoriyalar
Sırala
ID 0110829

Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunan II Dünya müharibəsinə aid eksponatlar

Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif tarixi eksponatlarla yanaşı, II Dünya müharibəsinə aid eksponatlar da nümayiş olunur. Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolunu əyani nümayiş etdirən bu eksponatlar arasında II Dünya müharibəsinə aid hərbi geyimlər, müxtəlif diplomlar, medallar və fotoşəkillər var. Muzeydə həmçinin Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Azərbaycan-sovet sərkərdəsi, ilk azərbaycanlı kontr-admiral Cəlil Cavadovun hərbi geyimləri, təltifləri nümayiş olunur. Bununla yanaşı, burada II Dünya müharibəsi dövründə Azərbaycan hərbi hissələrinin cəbhəyə yollanmasına, 223-cü Azərbaycan atıcı diviziyasının hucumuna və azərbaycanlı döyüşçülərin Bradenburq qapısına bayraq sancmasına aid fotoşəkillər də görmək olar. Muzeydəki fotoşəkillərə diqqqətlə nəzər saldıqca II Dünya müharibəsi dövründə arxa cəbhədə Bakı neftinin müharibənin taleyi üçün önəmini daha yaxşı anlamaq olur.

Digər fotolar
arrow-up