Kateqoriyalar
Sırala
ID 0110988

Metal detektoru ilə Xəzər sahilində dəyərli əşyalar axtaran Svetlana Kazımova

Svetlana Kazımova metal detektoru ilə Xəzər sahilində dəyərli əşyalar axtarır. O deyir ki, bu işlə Rusiyada yaşayan dayısı sayəsində tanış olub. Elə ilk metal detektorunu da ona dayısı hədiyyə edib. Bakı Yeyinti Sənaye Texnikumunda gömrük ekspertiza ixtisasi üzrə təhsil alan Svetlana Kazımovanın sözlərinə görə, özünü heç vaxt gömrükçü olaraq görə bilməyib. Fotoqrafiyaya olan böyük sevgisi səbəbindən bu sahəyə yönələn Svetlana Kazımova hazırda fotoqraf kimi fəaliyyət göstərir. O, boş vaxtlarında hobbi olaraq sahildə dəyərli əşyalar axtarır. Svetlana Kazımova bəzən axtarışa çıxarkən bu işə marağı olan dörd yaşlı oğlu Roberti də özü ilə aparır. İndiyə qədər tapdığı əşyalar arasında Şirvanşahlar dövrünə aid qədim sikkə, bununla yanaşı xüsusi buraxılış sikkələr, orta əsrlərə aid olduğunu düşündüyü qadın bəzək əşyalarının bir hissəsi, xaçlar, üzüklər var. Şirvanşahlar dövrünə aid olduğu təsdiqlənmiş sikkəni muzeyə təhvil vermək istəsə də, müqabilində çox az pul təklif edildiyi üçün onu özündə saxlamaq qərarına gəlib.Tapdığı əşyaları araşdırıb onların dəyərini öyrənən Svetlana Kazımova bildirib ki, bu işlə məşğul olmazdan əvvəl tarixə çox marağı olmayıb, amma indi tapdığı əşyaları araşdırarkən tarix ona daha maraqlı gəlir. Onun sözlərinə görə, bu işin ən çətin tərəfi sosial şəbəkələrdə paylaşımlara yazılan neqativ rəylərdir. Belə ki, insanlar onun bu hobbisinə "dırnaqarası" yanaşır, bəzən vulqar şərhlər yazırlar.

Teqlər
Digər fotolar
arrow-up