Minifutbol üzrə dünya çempionatının açılış mərasimi
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb. Yarışın açılış mərasimi başlayıb. Milli Gimnastika Arenasında keçirilən mərasimdə Azərbaycan milli sənəti ilə müşayiət olunan musiqi şousu nümayiş etdirilib. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz bacarığını göstərib. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış ediblər. Mərasimdən sonra Azərbaycan yığması Bəhreynlə görüşəcək.
Digər fotolar
