Kateqoriyalar
Sırala
ID 0112987

Şabran rayonunda yerləşən XlX əsrə aid Ləcədi kənd məscidi

Məscid Şabran rayonunun Ləcədi kəndində yerləşir. Ləcədi kəndi Şabran rayonunun mərkəzindən 15 km uzaqlıqda, dağətəyi ərazidədir. Kənddə yerləşən bu qədim məscid XlX əsrə aid edilir. Ləcədi kənd məscidi kəndin tarixi və mədəni mühitini əks etdirir. Ləcədi kəndi Dağbilici, Qələgah və Leyti kəndlərinin əhatəsində yerləşir. Kəndin adı Tat dilindən tərcümədə "ləcə" uçurum, "di" kənd deməkdir. Kənddə 30-a yaxın təsərrüfat və 100-ə yaxın sakin var.

Digər fotolar
arrow-up