Kateqoriyalar
Sırala
ID 0113033

Qala kəndində yerləşən tarixi “Qum hamamı”

XII-XIV əsrin memarlıq quruluşuna malik olan “Qum hamamı” Qala kəndində yerləşir. Böyük təpəlikdə olan “Qum hamamı” uzun müddət diqqətdən kənarda qalıb. Arxeoloji qazıntılar zamanı “Qum hamamı”nın planı və təyinatı dəqiq müəyyənləşdirilməyib. Təpəlikdəki ovuqlar zaman keçdikcə qumdan təmizlənib və məlum olub ki, bura yeraltı hamamdır. Hamam qışda isti, yayda sərin olması üçün Bakı-Abşeron hamamlarına xarakterik şəkildə – yerin altında tikilib. Elə buna görədir ki, hamam “Qum hamamı” adlandırılıb. “Qum hamamı”nın daha bir özəlliyi isə burada ibadət etmək üçün ayrıca otaq olmasıdır. İbadət otağı Abşeronda mövcud olmuş hamamların heç birində yoxdur. “Qum hamamı”nda iyirmiyədək otaq mövcud olub. Hamamın arxasında xüsusi qazanxana fəaliyyət göstərib. Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamam qızdırılıb.

Digər fotolar
arrow-up