Kateqoriyalar
Sırala
ID 0113513

Buzovna və Şıx çimərliklərində yay mövsümünə hazırlıq

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar paytaxt çimərliklərində genişmiqyaslı hazırlıq işlərinə start verilib. İstirahət edənlərin təhlükəsizliyi və rahatlığını təmin etmək üçün sahil ərazilərində təmizlik, abadlaşdırma və texniki baxış işləri aparılır. Həmçinin çimərliklərdə qum örtüyünün yenilənməsi, tullantıların təmizlənməsi və ərazinin dezinfeksiyası həyata keçirilir, o cümlədən, dəniz suyunun keyfiyyəti ilə bağlı mütəmadi analizlər aparılır və ətraf mühitin sağlam saxlanılması üçün maarifləndirici tədbirlər təşkil olunur. Hazırda Buzovna və Şıx çimərliklərində də yay mövsümünə hazırlıq işləri görülür.

Digər fotolar
arrow-up