Rəşad Mustafayevin müavinət və təqaüdlərin artırılması ilə bağlı keçirdiyi brifinq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinq keçirilib. Brifinqdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vətəndaş rifahı təminatının, sosial müdafiə sisteminin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib. O qeyd edib ki, dövlət başçısının Fərman və sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.
Digər fotolar
