Kateqoriyalar
Sırala
ID 0114391

Xarici diplomatlar Bülbülün ev-muzeyini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət ediblər. Qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib. Xarici diplomatlar uzun illər davam etmiş erməni işğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər. Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Digər fotolar
arrow-up