Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub. Qonaqlar Şuşaya qayıdan sakinlərin yaşayış şəraiti ilə tanış olublar.