#şuşa
Şuşa
Şuşa rayonu Azərbaycanın Qarabağ bölgəsində, Kiçik Qafqaz silsiləsi ərazisində yerləşən tarixi-strateji əhəmiyyətli ərazidir. Rayonun inzibati mərkəzi olan Şuşa şəhəri 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən salınmışdır. Səthi dağlıqdır və ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Rayonun təbiəti zəngin mineral sular, o cümlədən məşhur İsa bulağı və dünyada yalnız burada bitən endemik Xarıbülbül gülü ilə tanınır.Şuşa uzun illər Azərbaycanın mədəniyyət paytaxtı sayılmış, musiqi, ədəbiyyat və incəsənət mərkəzi olmuşdur. 1992-ci ilin mayında erməni işğalına məruz qalan rayon 2020-ci il 8 noyabrda Azərbaycan Ordusu tərəfindən azad edilmiş və tarixi zəfərin simvoluna çevrilmişdir....
Daha çox