Bakının Ələt qəsəbəsində yerləşən bunker
Bunker Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşir. Bunkerdən içəriyə daxil olduqda burada uzun koridor görünür. Koridorun sonu müxtəlif qaranlıq otaqlara açılır. Otaqlar arasında keçidlər mövcuddur. Bunkeri gəzdikcə burada müxtəlif səslər eşidilir. Bəzi otaqlarda yararsız monitorlar görmək olar. Bunkerə nəzər saldıqda buranın böyük bir yer olduğu və istifadə müddətində təxminən 300-400 nəfərin yaşaması üçün şərait olması məlum olur.
Digər fotolar
