Kateqoriyalar
Sırala
ID 0115502

İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası

Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. Aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur. Qanvermə aksiyasında Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitənin səlahiyyətli şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edir. Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçirilən aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılırlar. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Digər fotolar
arrow-up