Beynəlxalq səyyahların Laçın səfəri
MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində Laçın rayonunda olublar. 30 nəfərdən ibarət heyət "Hoçazfilm" kinostudiyasını, Bayraq Meydanını, “Yurd” sərgi mərkəzini, “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət edib, Laçının poçt mərkəzində olublar. Dünya səyyahları 3 gün ərzində Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar. Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
Digər fotolar
