Kateqoriyalar
Sırala
ID 0116276

DİM-in 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrinin təhlili ilə bağlı tədbiri

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbiri keçirilir. DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışı zamanı bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə, 53,31 faizi isə ödənişli əsaslarla təhsil ala biləcək. DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur. M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilir.

Digər fotolar
icon
arrow-up