“Formula-1” Azərbaycan Qran-prisi 2025-in hazırlıq prosesi
2025-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Tikinti işlərində 2 162 nəfər quraşdırma və demontaj mərhələlərinə cəlb olunur. Yarış həftəsi zamanı bu prosesə əlavə olaraq 1 500 təşkilatçı əməkdaş, 2 000 könüllü və 1 400 marşal qoşulur. Trasa hazırlıq və demontajı sürətləndirmək məqsədilə ən son texnologiyalar tətbiq olunur. Bu dəyişiklik nəticəsində trasın tam hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Yarışdan sonra yollarda hərəkətin tez bərpası üçün 2024-cü ildə beton blokların 60%-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb. Ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal rejimə qayıdıb.
Digər fotolar
