Kateqoriyalar
Sırala
ID 0117159

Xocasən gölü ətrafında yaranan antisanitar vəziyyət

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Xocasən gölü ətrafında hazırda antisanitar vəziyyət müşahidə olunur. Gölün ətrafına atılan məişət tullantıları, tikinti qalıqları, plastik butulkalar və polietilen torbalar təbiətə ciddi ziyan vurur. Bununla yanaşı sakinlərin sözlərinə görə, kanalizasiya suları birbaşa gölə axıdılır. Sakinlər ərazidə hökm sürən antisanitar vəziyyət və üfunət qoxusundan şikayətçidirlər. Bu vəziyyət yalnız təbiətə deyil, eyni zamanda insan sağlamlığına da ciddi təhlükə yaradır.

Digər fotolar
arrow-up