Kateqoriyalar
Sırala
ID 0117985

Xalq artisti Arif Babayevin vida mərasimi

Bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib. Xalq artisti Arif Babayevin nəşi Təzəpir məscidinə aparılıb. Daha sonra Beynəlxalq Muğam Mərkəzində Arif Babayevlə vida mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Arif Babayevlə vida mərasimində çıxış edərək bildirib ki, Azərbaycan böyük oğlunu, böyük bir sənətkarını itirib. Nazir vurğulayıb ki, Azərbaycan muğam sənəti yaşadıqca Arif Babayev sənəti də, məktəbi də yaşayacaq. O, çıxışında Xalq artisti Arif Babayevlə xəstəxanadakı görüşünü və təəssüratlarını da xatırlayıb.

Teqlər
Digər fotolar
arrow-up