Kateqoriyalar
Sırala
ID 0118124

Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimi

Tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini, dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev ötən gün 82 yaşında vəfat edib. Hazırda Milli Gənc Tamaşıçılar Teatrında Elçin Əfəndiyevlə vida mərasimi keçirilir. Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər.

Digər fotolar
arrow-up