Kateqoriyalar
Sırala
ID 0118176

Buzovna qəsəbəsində yerləşən XVII əsrə aid Sahibəz-Zaman məscidi

Sahibəz-Zaman məscidi Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşir. İbadət evinin inşası XVII əsrə aid edilir. Mənbələrin məlumatına görə, daha dəqiq desək, məscid 1688-ci ildə Abbasqulu ağa Bakıxanovun babası Hacı Məlik Məmmədxan tərəfindən inşa etdirilib. Lakin məscidin girişindəki məlumat lövhəsində buranın XVIII əsrə aid olduğu yazılıb və adı Aşağı məscid olaraq qeyd olunub. Məlumata görə, düzbucaqlı formaya malik məscidin Sovet dövründə 1991-ci ilədək fəaliyyəti dayandırılıb. 1991-ci ildə isə Axund Hacı Rasim adlı şəxsin təşəbbüsü ilə ibadət evi təmir edilərək fəaliyyəti yenidən bərpa olunub.

Digər fotolar
arrow-up