Kateqoriyalar
Sırala
ID 0118494

1897-1905-ci illərdə inşa olunan Giləzi dəmir yolu stansiyası

Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Giləzi dəmir yolu stansiyası 1897-1905-ci illərdə Dərbənd-Bakı dəmir yolu xəttinin çəkilməsi zamanı inşa edilib. Stansiya Şərqi Avropa memarlıq üslubunda qaya daşları, qum və gəc məhlulundan tikilib. Burada kompleks formasında əsas bina, anbar, su qülləsi, platforma, sanitar qovşaq, stansiya işçiləri üçün yaşayış yerləri və digər yardımçı otaqlar inşa edilib. Stansiyanın ümumilikdə beş yolu var. Onlardan 2-si əsas, 3-ü isə yan yoldur. Hazırda stansiya fəaliyyət göstərsə də, burada təmir-bərpa işləri görülür.

Digər fotolar
arrow-up