Kateqoriyalar
Sırala
ID 0118911

“Yeni Klinika”da icra olunan Rentgen müayinəsi

Rentgen müayinəsi (radioloji görüntüləmə) ilk dəfə 1895-ci ildə alman fiziki Vilhelm Konrad Rentgen tərəfindən kəşf olunub. O zamandan bəri bu texnologiya tibb sahəsində inqilabi dəyişikliklər yaradıb. İlk illərdə əsasən sınıqların aşkarlanmasında istifadə edilən rentgen aparatı, zamanla ağciyər xəstəliklərinin, ürək genişlənməsinin, həzm sistemi problemlərinin və digər daxili orqan xəstəliklərinin diaqnostikasında geniş tətbiq olunmağa başlayıb. Müasir rentgen cihazları daha az radiasiya ilə daha dəqiq görüntü təqdim edir. Hazırda rentgen müayinəsi xəstəxanalar, klinikalar, stomatoloji kabinetlər və travmatologiya mərkəzlərində geniş istifadə olunur. Bu müayinə “Yeni klinika”da da xüsusi diqqətlə icra olunur. Burada istifadəyə verilən müasir rentgen aparatı xəstələrə daha dəqiq və sürətli diaqnoz qoyulmasına imkan yaradır. Yüksək keyfiyyətli görüntüləmə texnologiyası ilə təchiz olunan cihaz, tibbi xidmətin səviyyəsini xeyli yaxşılaşdırır.

Digər fotolar
arrow-up