Kateqoriyalar
Sırala
ID 0119182

Paytaxt Bakıda baxımsız qalmış yol nişanları

Paytaxt Bakının küçə və prospektlərində yol hərəkəti təhlükəsizliyini təmin etməli olan yol nişanları baxımsız vəziyyətdədir. Onlardan bəziləri ağacların budaqları arasında itib, bəziləri isə əlavə təsvirlər və müxtəlif növ elanlarla pozulub. Bu hal sürücülərə yol hərəkəti qaydalarını vaxtında görməkdə ciddi çətinlik yaradır. Görünməyən nişanlar həm yol hərəkəti qaydalarının pozulmasına, həm də qəza riskinin artmasına səbəb ola bilər. Xüsusilə, sürət həddini, dayanma və durma qaydalarını tənzimləyən yol nişanlarının görünməməsi insan həyatı üçün təhlükə yarada biləcək ciddi qəzalarla nəticələnə bilər. Bundan əlavə, bəzi vətəndaşların nişanlardan elan lövhəsi kimi istifadə etməsi və onların üzərinə müxtəlif təsvirlər çəkməsi şəhərin estetik görüntüsü baxımından xoşagəlməz hal yaradır. Bu kimi halların baş verməməsi üçün yol nişanlarının mühafizəsi daim nəzarətdə saxlanılmalıdır.

Digər fotolar
arrow-up