Kateqoriyalar
Sırala
ID 0119251

Zəhmət və incəlik tələb edən dərzilik peşəsi

Elşən Şəkərov 20 yaşından etibarən dərzi kimi fəaliyyət göstərir. Müəyyən səbəblərdən uşaqlıq arzusu olan rəssamlıq sənətinə yiyələnə bilməsə də, bu peşəni də özü seçib. Uşaqlıqdan həvəsi olduğu üçün geyimlərinin düzəlişlərini özü edib və daha sonra dərzi olmaq qərarına gəlib. Məhz peşəsinə olan sevgisindən 33 ildir ki, iynə və sapla olan dostluğunu davam etdirir. Bununla yanaşı, öz peşəsinin sirlərini kiçik yaşlarından oğluna öyrətməyə başlayıb, nəticədə o da bu peşəyə yiyələnib. Dərziliyin özünəməxsus çətinlikləri olduğunu bildirən Elşən Şəkərov bu işin dəqiqlik, çeviklik və səbir tələb etdiyi qənaətindədir.

Digər fotolar
arrow-up