Kateqoriyalar
Sırala
ID 0119275

Bakıda nostalji ab-hava yaradan taksofonlar

Taksofonlar pul, jeton, telefon və ya kredit kartı ilə istifadə edilən ictimai telefon növləridir. Dünyada ilk taksofon cihazı 1881-ci ildə Almaniyanın paytaxtı Berlində istifadə olunub. Bu taksofonlar kağız biletlərlə, 1899-cu ildən isə jetonla istifadə edilməyə başlanıb. Bakıda taksofonların quraşdırılması 1935-ci ilə təsadüf edir. Həmin dövrdə şəhərdə təxminən 20 ədəd taksofon quraşdırılıb. Daha sonra onların sayı getdikcə artmağa, yeniləri ilə əvəz edilməyə başlanıb. 2012-ci ildən başlayaraq “Bakı Metropoliteni”ndə multimedia taksofonları quraşdırılıb. Həmin ilin iyun ayında Çindən  80 ədəd yeni taksofon Bakıya gətirilib. Mobil rabitənin inkişafı ilə taksofonlara maraq azalsa da, onlardan hələ də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Hazırda bu cihazlar şəhər mühitində nostalji simvola çevrilib.

Digər fotolar
arrow-up